Bank Of Baku

Sumqayıtda Üzeyir Hacıbəylinin abidə kompleksində aparılan tikinti işləri yekunlaşmaq üzrədir

Sumqayıtda Üzeyir Hacıbəylinin abidə kompleksində aparılan tikinti işləri yekunlaşmaq üzrədir
# 15 may 2010 10:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA. Sumqayıtda inşa edilən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidə kompleksində aparılan tikinti işləri yekunlaşmaq üzrədir. Sumqayıt şəhər İcra Hakimiyyətindən APA-yə verilən məlumata görə, abidə kompleksinin inşa edildiyi xiyabanın eni 23 metr, ərazinin uzunluğu isə 61 metr təşkil edir. Eyni zamanda, abadlaşdırılan 1 340 kvadrat metrlik sahənin təxminən 740 kvadrat metr hissəsinə daş döşənir, yaşıllaşdırılan sahələrdə, əsasən, çəmən, dekorativ ağac və kolların əkiliəcək, müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılacaq. Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun müəllifi olduğu Üzeyir Hacıbəylinin abidəsinin ümumi hündürlüyü 12 metr, postamentin oturacaq ölçüsü 7,5x7,5 metrdir. Postament royal formasında olub, qara qranitlə üzlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR