Bank Of Baku

Astarada uşaq muğam ifaçılarının V respublika müsabiqəsinin yekun turuna start verilib

Astarada uşaq muğam ifaçılarının V respublika müsabiqəsinin yekun turuna start verilib
# 17 may 2010 12:41 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən uşaq muğam ifaçılarının V respublika müsabiqəsinin yekun turu bu gün Azərbaycanın Astara şəhərində start götürüb. Bu barədə APA-nın cənub bürosuna məlumat verən Astara Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Natiq İbadovun sözlərinə görə, bu sənət yarışmasına respublikanın 50 rayonundan 150-dək 12-22 yaşınadək olan ifaçılar qatılıblar. Münsiflər heyətinin tərkibində xalq artistləri Canəli Əkbərov, Səkinə İsmayılova, Mənsum İbrahimov və Ağaverdi Paşayev, əməkdar artistlər Gülyaz Məmmədova və Gülüstan Əliyeva, Mədəniyyət və Turizm Nazirliyinin regionlarla iş sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarov təmsil olunublar.
Mayın 21-də başa çatacaq müsabiqədə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən birinci yerin qalibinə 500 manat pul və I dərəcəli diplom, ikinci yerin qalibinə 300 manat pul və II dərəcəli diplom, üçüncü yerin qalibinə 250 manat pul və III dərəcəli diplom, həmçinin sonrakı 5 yeri tutan ifaçıların da hərəsinə 150 manat pul və diplomlar veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR