Bank Of Baku

Dövlət Gənc Tamaşaçılar Teatrı XII Beynəlxalq Antik İncəsənət Festivalında iştirak edəcək

Dövlət Gənc Tamaşaçılar Teatrı XII Beynəlxalq Antik İncəsənət Festivalında iştirak edəcək
# 17 may 2010 13:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Krım Muxtar Respublikasının Simferopol şəhərində keçiriləcək “Bosporskie oqni” adlı XII Beynəlxalq Antik İncəsənət Festivalında iştirak edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 30-dan artıq tanınmış dünya teatr truppalarının iştirak edəcəyi festival iyunun 4-dən 9-dək keçiriləcək. Teatr festivalda məşhur Braziliya dramaturqu Qilyermo Fiqeyredonun “Ezop” pyesi əsasında hazırladığı eyniadlı tamaşanı göstərəcək.

Kollektiv 11 nəfərlik heyətlə iyunun 4-də Simferopola yola düşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR