Bank Of Baku

“Azərbaycan Dövlət İncəsənət Muzeyi” adlı albomun təqdimatı keçirilib - FOTO

“Azərbaycan Dövlət İncəsənət Muzeyi” adlı albomun təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 19 may 2010 11:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan Dövlət İncəsənət Muzeyi” adlı yeni nəşr olunmuş albomun təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Dövlət İncəsənət Muzeyində keçirilən mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, incəsənət xadimləri iştirak edib. Kitabın hazırlanması layihəsinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik edib, tərtibat işini isə professor Çingiz Fərzəliyev həyata keçirib. Kitabda rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ tətbiqi incəsənət nümunələri haqqında məlumat və fotoşəkillər öz əksini tapıb.

Mədəniyyət və turizm naziri Ə. Qarayev çıxışında 18 mayın Muzeylər Günü kimi qeyd olunduğunu bildirib. Azərbaycanda ilk dəfə olaraq belə bir kataloqun hazırlandığını deyən nazir, bu addımların davam edəcəyini söyləyib: “Bu, elə bir kataloqdur ki, istənilən peşəkar mütəxəssisin qarşısına qoymaq olar. Hələ birinci addımımızdır, bunu davam etdirəcəyik”.

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov kitabın incəsənət adamları üçün böyük hədiyyə olduğunu vurğulayıb.

Tədbirdə iştirak edən digər incəsənət nümayəndələri də kitabla bağlı öz fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR