Bank Of Baku

“Həzrət Yüsif” filminin Azərbaycan dilində dublyajı başa çatıb - FOTOSESSİYA

“Həzrət Yüsif” filminin Azərbaycan dilində dublyajı başa çatıb - <font color=red>FOTOSESSİYA</font>
# 19 may 2010 12:47 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İran kinematoqrafçıları tərəfindən 8 il müddətində istehsal olunan 45 seriyalı “Həzrət Yüsif” (ə) filmi peşəkar səviyyədə Azərbaycan dilinə tərcümə olunub. APA-nın məlumatına görə, bütün dünyada geniş marağa səbəb olan çoxseriyalı filmin Azərbaycan dilində dublyajı başa çatıb. Filmi Azərbaycanın xalq artistləri İlham Əsgərov, Həmidə Ömərova, əməkdar artist Kazım Abdullayev, aktyorlar Elşən Rüstəmov, Məmməd Səfa, Şəfəq Əliyeva, Qədir Mirzə, Natəvan Qeybani, Pərviz Bağırov və digər 20-yə yaxın peşəkar aktyor səsləndirib. Film “CineSalam production”da tərcümə və dublaj olunub, filmin bütün hüquqları bu şirkətə aiddir.

Filmin səsləndirmə prosesi 7 ay davam edib. 45 seriyası film 1 qabda 12 DVD olmaqla film həvəskarlarına təqdim olunur.

Qeyd edək ki, "Yusif peyğəmbər (ə)" serialı Türk, ərəb, ingilis, fransız, urdu, ispan, və italyan dilində də dublyaj edilərək, dünyanın bir çox telekanalında nümayiş etdirilib.

Filmin rejissoru Fərəcullah Sələhşur çəkdiyi “Həzrət Məryəm” və “Əshabi Kəhf” çoxseriyalı filmləri də dünya xalqlarının rəğbətini qazanıb. Rejissor hazırda “Həzrəti Musa” serialı üzərində işləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR