Bank Of Baku

Azərbaycan paytaxtında məşhur türk rəssamı Günseli Katonun əsərlərindən ibarət sərgi keçiriləcək

Azərbaycan paytaxtında məşhur türk rəssamı Günseli Katonun əsərlərindən ibarət sərgi keçiriləcək
# 19 may 2010 13:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mayın 22-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə “İncəsənət Baği”nda məşhur türk rəssamı Günseli Katonun əsərlərindən ibarət “Cənnət” adlı sərgi açılacaq. Qoruq İdarəsindən APA-ya verilən məlumata görə, sərgi iki həftə davam edəcək. Tədbirə dəstək “Art Group” və Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən həyata keçirilir.
Sərginin açılışı zamanı müəllifin teatrlaşdırılmış monosəhnəcik göstərməsi nəzərdə tutulub. G. Kato Türkiyə və Yaponiyada təhsil alıb, 1983-cü ildən başlayaraq özünün Tokiodakı şəxsi məktəbində türk miniatürünə dair mühazirələr oxuyub, eyni zamanda 12 il ərzində islam keramikası sənətinin mütəxəssisi Takuo Katonun emalatxanasında çalışıb. 1994-cü ildə Asahi Mədəniyyət Mərkəzində G. Katonun Türk Miniatür Məktəbi açılıb. Hazırda G. Kato Baxçaşəhər Universitetində mühazirələr oxuyur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR