Bank Of Baku

Azərbaycan prezidenti Niyazinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Niyazinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
# 20 may 2010 18:56 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyev 2012-ci ilin avqust ayında Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, tanınmış dirijor və bəstəkar, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı, Azərbaycan Dövlət Mükafatı və Beynəlxalq Nehru Mükafatı laureatı Niyazinin (Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun) anadan olmasının 100 illiyi ilə bağlı sərəncam imzalayıb.

APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə prezident İlham Əliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafı və milli musiqinin təbliği sahəsində mühüm xidmətlər göstərmiş sənətkarın 100 illik yubileyinin keçirilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, Niyazinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirilməsini və Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməsini tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR