Bank Of Baku

“40-cı qapı” filminin təqdimatı keçirilib - FOTO

“40-cı qapı” filminin təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 21 may 2010 08:30 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Heydər Əliyev sarayında “40-cı qapı” bədii filminin təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbiri açan filmin prodüseri Xaqani Həşimov filmin uğurlu alındığını bildirib və buna görə, yaradıcı qrupa, Mədəniyyət və Turizm nazirliyinə təşəkkürünü bildirib.
Təqdimat mərasimində filmin ssenari müəllifi və quruluşçu rejissoru Elçin Musaoğlu filmin ərsəyə gəlməsində yaradıcı, texniki heyətə, mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə və nazirliyin filim şöbəsinə minnətdarlığını bildirib.

Rejissor filmin dünyanın bir çox film festivallarında, o cümlədən ABŞ, Rusiya, Rumıniya, Braziliya, Almaniya, Türkiyə və digər ölkələrdə layiqli yer tutaraq mükafatlar aldığını deyib.

Qeyd edək ki, filmdə əsas rollarda Həsən Səfərov, Rövşən Ağayev, Gülər Nəbiyeva, Elmira Şabanova və Rafiq Əzimov çəkiliblər. Filmin quruluşçu operatoru Abdolrahim Beşarət, rəssam Elxan Nəbiyev, bəstəkarı Natəvan Faiqdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR