Bank Of Baku

Bakı Musiqi Akademiyasının magistrlərinin konserti keçiriləcək

Bakı Musiqi Akademiyasının magistrlərinin konserti keçiriləcək
# 21 may 2010 09:06 (UTC +04:00)
Bakı-APA. Mayın 25-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının konsert zalında məktəbin magistr pilləsinin məzunları bəstəkar-pianoçu Ülviyyə Vəliyeva və Aysel Məlikovanın duet konsertləri keçiriləcək. Akademiyadan APA-ya verilən məlumata görə, hər iki ifaçı eyni vaxtda royalda bəstəkarlardan Astor Piyasola, Sebastyan Bax, Arif Məlikov, Azər Rzayevin əsərlərini səsləndirəcəklər. Eyni zamanda Ülviyyə Vəliyevanın bir neçə instrumental əsərinə proqramda yer ayrılıb.
Musiqiçinin bildirdiyinə görə, proqram İtalyan üslubundadır və «Dance with me» adlanır. Adından göründüyü kimi səsləndiriləcək bütün əsərlər rəqs üslubunda olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR