Bank Of Baku

Bakıda Ukrayna, Gürcüstan və Azərbaycanın vokal ustalarının iştirakı ilə Cüzeppe Verdinin “Aida” operasının tamaşası keçirilib

Bakıda Ukrayna, Gürcüstan və Azərbaycanın vokal ustalarının iştirakı ilə Cüzeppe Verdinin “Aida” operasının tamaşası keçirilib
# 24 may 2010 12:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mayın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ukrayna, Gürcüstan və Azərbaycanın vokal ustalarının iştirakı ilə Cüzeppe Verdinin “Aida” operasının tamaşası keçirilib. APA-nın məlumatına görə, tamaşada Aida partiyasını Ukrayna Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın Əməkdar Artisti, Vokalçıların Ondina Otta (Sloveniya) adına Beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatı və qızıl medalının sahibi Viktoriya Çenskaya ifa edib. Gürcüstan Dövlət Akademik Opera və Balet Teatrının solistləri – Gürcüstanın Xalq Artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvili tamaşada Radames, Gürcüstanın Xalq Artisti Eldar Qesadze isə Amonasro partiyalarında çıxış ediblər. Əsas partiyalardan biri – Amneris partiyasını isə Azərbaycanın əməkdar artisti Fidan Hacıyeva ifa edib. Tamaşadan sonra Gürcüstanın xalq artisti Teymuraz Ququşvili təəssüratlarını bölüşüb: “Mən hər zaman böyük məmnuniyyətlə Bakıya gəlir və sizin teatrın tamaşalarında iştirak edirəm. Hər zaman demişəm və bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan Opera və Balet Teatrı səhnəsində çıxış etdiyim ən çox dəyər verdiyim, yüksək səviyyəli teatrlardan biridir. Sizin teatrda aparılan yaradıcı iş məni heyran edir. Opera ulduzlarının mütəmadi şəkildə qastrola dəvət edilməsi və onların tamaşalarda iştirakı keçirilən tamaşaları hər zaman yüksək sənət bayramına çevirir. Bu gün istedadlı vokalçılar ukraynalı Viktoriya Çenskaya və Sizin Fidan Hacıyeva bizim tərəf-müqabilimiz idilər. Onlar yüksək professional ifaları və bir qadın kimi öz gözəllikləri ilə məni və digər həmkarım Eldar Qesadzeni bütün tamaşa boyu ruhlandırırdılar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR