Bank Of Baku

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əsəri Bakıda keçirilən beynəlxalq incəsənət festivalında nümayiş etdirilib

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əsəri Bakıda keçirilən beynəlxalq incəsənət festivalında nümayiş etdirilib
# 29 may 2010 15:20 (UTC +04:00)
APA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, tədbirin keçirildiyi üç gün ərzində 17 ölkədən 20-dən çox tanınmış rəssam qalanın kiçik maketlərini öz milli üslublarında naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlərini nümayiş etdiriblər.

Festivalın bağlanış mərasimində çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov iştirakçıları fondun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın adından salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Festivalın Heydər Əliyev Fondunun növbəti layihələrindən biri olduğunu söyləyən A.Ələkbərov fondun mədəniyyət və tarixi abidələrin qorunması sahəsində çox böyük işlər gördüyünü bildirib. O deyib ki, bu yaxınlarda yeni bir layihə “Qala” festivalında təqdim ediləcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov festivalın keçirilməsinə göstərdiyi dəstəyə görə M.Əliyevaya minnətdarlığını bildirib.

Festivalın diqqəti çəkən daha bir cəhəti isə M.Əliyevanın da Qız Qalası mövzusunda yaratdığı əsərin burada nümayiş etdirilməsi olub. M.Əliyevanın əsərində bir sıra ölkələrin müxtəlif tarixi və mədəniyyət abidələri əks etdirilib. Maketin üzərində isə mədəni irsin qorunmasına rəmzi çağırış mənasını daşıyan çətir qurulub. M.Əliyeva bu əsəri ilə bütün dünyanı mədəni irsin qorunmağa çağırıb.

Daha sonra festivalda iştirak edən rəssamların üç gün ərzində fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR