Bank Of Baku

Muzey Mərkəzində Puşkinin anadan olmasının 211-ci ildönümü münasibətilə “Balıqçı və balıq haqqında nağıl” tamaşası nümayiş olunub

Muzey Mərkəzində Puşkinin anadan olmasının 211-ci ildönümü münasibətilə “Balıqçı və balıq haqqında nağıl” tamaşası nümayiş olunub
# 02 iyun 2010 13:55 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Muzey Mərkəzində rus ədəbiyyatının görkəmli nümayəndəsi Aleksandr Puşkinin anadan olmasının 211-ci ildönümü münasibətilə “Balıqçı və balıq haqqında nağıl” tamaşası nümayiş olunub. APA-nın məlumatına görə, tamaşa “Muzeydə teatr” layihəsi çərçivəsində “Günay” Uşaq Teatrı tərəfindən səhnələşdirilib. “Muzeydə teatr” layihənin konsepsiyası teatr yaradıcılığının təsviri incəsənətlə qarşılıqlı əlaqəsindən ibarətdir. Nümayiş olunmuş tamaşada gənc aktyorların ifasını ənənəvi dekorasiyalar deyil, Azərbaycanın müxtəlif nəsil rəssamlarının tamaşa üçün xüsusi olaraq seçilmiş əsərləri müşayiət edib.

“Balıqçı və balıq haqqında nağıl” 2009-cu ildə A. Puşkinin anadan olmasının 210 illik yubileyi münasibətilə səhnələşdirilib və Rusiya Mədəniyyət Mərkəzinin diplom və xatirə hədiyyələrinə layiq görülüb. Həmin vaxtdan tamaşa şəhərin müxtəlif mədəniyyət məkanlarında səhnəyə qoyulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR