Bank Of Baku

Sumqayıtda Üzeyir Hacıbəyovun abidə kompleksində aparılan tikinti işləri yekunlaşıb

Sumqayıtda Üzeyir Hacıbəyovun abidə kompleksində aparılan tikinti işləri yekunlaşıb
# 02 iyun 2010 14:20 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov - APA-Economics. Sumqayıtda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Sumqayıt şəhərindəki adını daşıyan küçədə inşa edilən abidə kompleksində aparılan tikinti işləri yekunlaşıb. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Abidə kompleksinin inşa edildiyi xiyabanın eni 23 metr, ərazinin uzunluğu 61 metr təşkil edir. Ümumilikdə 1 340 kvadrat metrlik abadlaşdırılan sahənin təxminən 740 kv. m hissəsində tamet döşəmə salınıb, yaşıllaşdırılan sahələrdə, əsasən, çəmən, dekorativ ağac və kollar əkilib, oturacaqlar quraşdırılıb. Hazırda ərazidə müasir işıqlandırma sistemi quraşdırılır.

Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun müəllifi olduğu Ü.Hacıbəyovun abidəsinin ümumi hündürlüyü 12 metr, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 m-dir. Postament royal formasında olub, qara qranitlə üzlənib, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi verilib. Üzərində 5 metr yüksəklikdə yerləşən bürüncdən hazırlanan barelyefin fonu isə ağ mərmərdən üzük qaşı formasında işlənilib. Əks tərəfdən isə eyni fon üzərində milli musiqi alətlərimizin, tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR