Bank Of Baku

Azərbaycanlı dirijor Sankt-Peterburqda keçirilən Musiqi Olimpi XV Beynəlxalq musiqi festivalında iştirak edib

Azərbaycanlı dirijor Sankt-Peterburqda keçirilən Musiqi Olimpi XV Beynəlxalq musiqi festivalında iştirak edib
# 05 iyun 2010 09:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Sankt-Peterburqda Musiqi Olimpi XV Beynəlxalq musiqi festivalı keçirilib. Festivalın proqramına 14 ölkəni təmsil edən 30 musiqiçinin iştirak etdiyi 6 konsert daxil edilib. Festival şəhərin ən məşhur konsert zallarında – Ermitaj teatrında, Sankt-Peterburq Dövlət Kapellasında, Dövlət Filarmoniyasının böyük zalında baş tutub. Bu ilki festivalda Almaniya, Fransa, İtaliya, Azərbaycan, Yaponiya, Avstraliya, ABŞ, Macarıstan, Sloveniya, İsveçrə, Koreya, Sinqapur, Latiya və Rusiya Federasiyasından musiqiçilər iştirak ediblər. Azərbaycanlı dirijor Əyyub Quliyevin APA-ya verdiyi məlumata görə, festival çərçivəsində konsertlərindən biri Sankt-Peterburq Dövlət Kapellasında keçirilib. Əyyub Quliyevin dirijorluğu altında Dövlət Kapellasının simfonik orkestri dünya klassik musiqisinin şedevrləri – Motsart, Puşkini, Bize və Prokofyevin əsərlərindən ibarət proqramla cıxış edib. Həmin gecə Sankt-Peterburqda ilk dəfə olaraq məşhur italyan bəstəkarı Nino Rotanın kontrabas və orkestr keçirilən konserti ifa olunub. Sankt-Peterburqun digər tarixi salonu olan Ermitaj Teatrının böyük zalında isə festivalın bağlanış mərasimi keçilib. Qeyd edək ki, “Musiqi Olimpi”nin təşkilatçılarının qərarı ilə bu ilki festivalın konsertlərini idarə etmək yalnız 3 dirijor Youa Tan (Sinqapur), Kazuki Yamada (Yaponiya) və Əyyub Quliyev (Azərbaycan) dəvət olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR