Bank Of Baku

Xalq artisti Lütfəli Abdullayevin 95 illik yubileyi ilə əlaqədar film çəkilib

Xalq artisti Lütfəli Abdullayevin 95 illik yubileyi ilə əlaqədar film çəkilib
# 07 iyun 2010 10:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalq artisti, mərhum aktyor Lütfəli Abdullayevin anadan olmasının 95 illiyi münasibəti ilə tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə mərhum aktyorun həyat və yaradıcılığına həsr edilmiş “İkinci ömür” sənədli filminin təqdimatının keçirilməsi nəzərdə tutulur. Filmin rejissoru Gülnarə Abdullayevadır. Tədbir iyunun 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR