Bank Of Baku

Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda rəssam Qəyyur Yunusun fərdi yaradıcılıq sərgisi açılıb

Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda rəssam Qəyyur Yunusun fərdi yaradıcılıq sərgisi açılıb
# 07 iyun 2010 16:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Əsaslı təmirdən çıxan Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda əməkdar rəssam Qəyyur Yunusun fərdi yaradıcılıq sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, sərginin açılışında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Qəyyur Yunusun Azərbaycan təsviri sənətindəki rolundan danışıb. O bildirib ki, Q. Yunusun xüsusilə qrafika janrında olan əsərləri maraqlı və diqqətçəkəndir.

Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, tanınmış rəssam Sakit Məmmədov və digər çıxışçılar da sərgilənən əsərlərin dünyanın nüfuzlu muzey və qalereyalarında, eləcə də şəxsi kolleksiyalarda saxlanıldığını söyləyiblər.

Q. Yunus isə bu sərgiyə beş ildir hazırlaşdığını və son on ildə üzərində çalışdığı rəngkarlıq nümunələrini sənətsevərlərin ixtiyarına verdiyini açıqlayıb.

Qeyd edək ki, bu, rəssamın Azərbaycanda 10-cu fərdi sərgisidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR