Bank Of Baku

Şəkidə keçiriləcək “İpək yolu” I Beynəlxalq Musiqi Festivalının proqramı təsdiqlənib

Şəkidə keçiriləcək “İpək yolu” I Beynəlxalq Musiqi Festivalının proqramı təsdiqlənib
# 09 iyun 2010 15:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 27-dən iyulun 2-dək Şəki şəhərində “İpək yolu” I Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Bəstəkarlar İttifaqının mətbuat katibi İltifat Hacıxanoğlunun APA-ya verdiyi məlumata görə, 5 gün davam edəcək festival öz işinə iyunun 27-də Şəki Xan Sarayında Qara Qarayev adına Kamera Orkestrinin Konserti ilə başlayacaq. İyunun 28-də Kiş kəndindəki Alban məbədində Azərbaycan Bəstəkarlar İttifaqının “Oazis” Simli Kvartetinin təqdimatı, Yuxarı Karvansarayda Koreya folklor ansamblının konserti olacaq. Festival çərçivəsində iyunun 29-da ABİ-nin “Oazis” Kvarteti Şəki Musiqi Kollecində ustad dərsi keçəcək. Həmin gün “Sarı gəlin” Norveç-Azərbaycan ansamblı Şəkinin Kiş kəndindəki Alban məbədində çıxış edəcək. Şəki Xan Sarayında Şəki və Bakı kollektivlərinin iştirakı ilə “İpək yolu” I Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı münasibəti ilə qala-konsert olacaq. Azərbaycan Bəstəkarlar İttifaqı nümayəndə heyətinin Şəki ziyalıları ilə görüşü isə iyunun 30-da baş tutacaq. Həmin gün axşam Azərbaycan Dövlət Opera və Balet Teatrının kollektivi Yuxarı Karvansaraya Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” və Müslüm Maqomayevin “Şah İsmayıl” operalarından hissələr nümayiş etdirəcəklər. Festivalın sonuncu günü – iyulun 1-də Azərbaycan Dövlət Televiziyasının Xor Kollektivi Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında musiqisevərlərin görüşünə gələcək. “İpək yolu” I Beynəlxalq Musiqi Festivalı iyulun 1-də Şəki Xan Sarayında Az.TV-nin Simfonik orkestri, Xor Kollektivi və solistlərin iştirakı ilə təntənəli bağlanış konserti ilə öz işini başa vuracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR