Bank Of Baku

Nəzakət Teymurova Teymur Göyçayevin rəhbərliyi ilə Kamera Orkestrinin müşayiəti ilə yeni mahnı ifa edib - FOTO

Nəzakət Teymurova Teymur Göyçayevin rəhbərliyi ilə Kamera Orkestrinin müşayiəti ilə yeni mahnı ifa edib - <font color=red>FOTO</font>
# 10 iyun 2010 12:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Nəzakət Teymurova Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə yeni mahnı ifa edib. “Həqiqət” adlı mahnını musiqisi bəstəkar Nazim Məmmədov, sözləri Nurlana məxsusdur. Bununla bağlı APA-ya məlumat verən bəstəkar Nazim Məmmədov bildirib ki, bu günlərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnının səsyazma prosesi başa çatıb. Onun sözlərinə görə, bu mahnı Arif Məlikovun tələbəsi Ceyhun Allahverdiyevin partiturası ilə lentə alınıb: “Bu mənim Nurlanla üçüncü birgə işimdir. İlk işimiz Elton Hüseynəliyevin ifasında “İstək” mahnısı olub. Həmin mahnıya Türkiyədə klip də çəkdik. İkinci işimiz Azəri qızı Günellə “Yeni səhifə” mahnısı oldu və bu mahnıya da türk rejissoru tərəfindən Bakıda klip çəkildi, hazırda həmin klip Türkiyənin “Kral” telekanalında nümayiş olunur. Yaxın günlərdə Nəzakət xanımın ifa etdiyi “Həqiqət” mahnısına xüsusi bir peşəkar çarx çəkiləcək. 10 gün ərzində artıq dinləyicilər bu mahnını radio dalğalarında dinləyə biləcəklər. Daha sonra isə artıq klip çəkilişlərinə başlamaq niyyətindəyik”. Bəstəkar deyib ki, xalq artistinin növbəti albomunda bu mahnı da yer alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR