Bank Of Baku

Azərbaycanlı rəssamın çəkdiyi portret Türkiyənin məşhur jurnalisti Uğur Dündara təqdim edilib – FOTO

Azərbaycanlı rəssamın çəkdiyi portret Türkiyənin məşhur jurnalisti Uğur Dündara təqdim edilib – <font color=red>FOTO </font>
# 10 iyun 2010 13:24 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. İstanbuldakı Vəfa liseyində keçirilən mərasimində azərbaycanlı rəssam Teymur Taştəkinin çəkdiyi Uğur Dündar portreti Türkiyənin məşhur televiziya jurnalistinə təqdim edilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, lisey şagirdləri arasında keçirilmiş rəy sorğusunda “İlin ən yaxşı televiziya jurnalisti” mükafatı Star TV kanalının xəbər koordinatoru Uğur Dündara verilib. Dündar mükafatı alarkən sürprizlə qarşılaşıb. Belə ki, Qərbi Azərbaycan mənşəli türk rəssamı Teymur Taştəkin səhnəyə çıxaraq yağlı boya ilə çəkdiyi Uğur Dündar portretini məşhur jurnalistə təqdim edib.

Mərasimdən sonra APA-ya açıqlama verən Teymur Taştəkin ata-babalarının indiki Ermənistan ərazisindən gəlib Türkiyənin Ərdahan vilayətinə yerləşdiklərini deyib: “Yaradıcılığımda Qars-Ərdahan bölgəsinin tarixi yerlərinə çox önəm verirəm. İstanbulda yaşayan azərbaycanlı rəssamlarla yaxın dostluğum var. Azərbaycan mənim ana vətənimdir. Orada bir müddət qalıb tablolar çəkmək istəyirəm. Bu ilin axırında Ankarada, gələn ilin martında isə Belçıkada sərgim olacaq. Ondan sonra Azərbaycanda sərgi açmaq istəyirəm”.

Qeyd edək ki, İstanbuldakı Vəfa liseyi 1872-ci ildə yaradılıb. Liseyin məzunları arasında Türkiyənin Dövlət Himninin sözlərinin müəllifi Mehmet Akif Ərsoy, Türkiyədəki təhsil islahatının memarı Həsən Əli Yücəl, məşhur yazıçı Peyami Səfa, jurnalist Uğur Dündar, komediya ustaları Kamal Sunal, Müjdat Gəzən və Şənər Şən var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR