Bank Of Baku

Heydər Əliyev Sarayında “İstanbul reysi” filminin premyerası olub

Heydər Əliyev Sarayında “İstanbul reysi” filminin premyerası olub
# 10 iyun 2010 17:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Heydər Əliyev Sarayında “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş rejissor Eldar Quliyevin “İstanbul reysi” bədii filminin təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda yeni filmin ekranlara çıxması böyük və sevindirici hadisədir: “Sevinirik ki, Azərbaycan kino sahəsi proseslərdən, çəkilişlərdən geri qalmır və bu sahənin mütəxəssisləri Azərbaycan kinosuna layiqli işlər təhvil verirlər. Bu işlərdə uzun illərin sənətkarları ilə yanaşı gənclərin də olması diqqətəlayiq bir haldır. Bu gün ekranlara çıxan
bu film bizim həyatımızı əks etdirir. İstərdik ki, yaxın gələcəkdə Azərbaycan kinosu ölkəmizdə baş verən hadisələrin gerçəkliyini, Azərbaycanın ürəyində yaşayan arzuları və tarixini əks etdirmək iqtidarında olsun”.

Filmin quruluşçu rejissoru Eldar Quliyev hər bir filmini təhvil verərkən böyük imtahandan keçdiyini qeyd edib: “Bu gün mən bir daha sizlərin qarşınızda imtahan verirəm. Baxmayaraq ki, bu zamana kimi çoxsaylı filmlər çəkmişəm, ancaq hər birinin ilk nümayişi zamanı böyük həyəcan keçirirəm. Bu həyəcan azalmır, getdikcə artır. Görək bu gün bu imtahanı necə verəcəyik”.

Filmdə əsas obrazlardan birini canlandıran Yaşar Nuri bu filmin çəkilişlərindən əvvəl cərrahiyyə əməliyyatı olunmaq üçün İstanbula getdiyini bildirib: “Eldar Quliyevlə bu mənim birgə üçüncü işimdir. Bu filmə dəvət alanda Eldar mənə dedi ki, səni qayıdana kimi gözləyəcəyəm və gözlədi də. Buna görə ona çox təşəkkür edirəm”.

Filmdə təsadüfi görüş nəticəsində iki insan arasında yaranan romantik münasibətlər gözlənilməz və dramatik şəkildə kəsilir. Filmin quruluşçu rejissoru Eldar Quliyev, ssenari müəllifləri Eldar Quliyev, Ramiz Fətəliyev, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamları Rafiz İsmayılov, Rafiq Nəsirov, icraçı prodüseri Vladimir Dudniçenko, bəstəkarı isə Müslüm Maqomayevdir. Rollarda Elşən Rüstəmov, İlhamə Bədəlova, Yaşar Nuri, Ramiz Məlik, Gülşad Baxşıyeva, Qurban İsmayılov, Elçin İmanov, Eldəniz Rəsulov, Ömür Nağıyev, Elxan Quliyev, Loğman Kərimov və başqaları çəkiliblər. Filmin çəkilişləri Bakıda aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR