Bank Of Baku

Sumqayıtda Üzeyir Hacıbəyovun abidə kompleksində aparılan qranit üzləmə işləri tamamlanıb

Sumqayıtda Üzeyir Hacıbəyovun abidə kompleksində aparılan qranit üzləmə işləri tamamlanıb
# 11 iyun 2010 09:26 (UTC +04:00)
Sumqayıt – APA. Sumqayıt şəhəri Ü.Hacıbəyov küçəsində inşa edilən dahi bəstəkarın abidə kompleksində aparılan qranit üzləmə işləri tamamlanıb.

Sumqayıt şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, abidə kompleksinin inşa edildiyi xiyabanın eni 23 metr, ərazinin uzunluğu 61 metr təşkil edir.

1340 kvadrat metrlik abadlaşdırılan sahənin təxminən 740 kv. m hissəsində tamet döşəmə salınıb, yaşıllaşdırılan sahələrdə əsasən çəmən, dekorativ ağac və kollar əkilib, oturacaqlar quraşdırılıb. Hazırda ərazidə müasir işıqlandırma sistemi quraşdırılır. Bu məqsədlə PVC borular çəkilib.

Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun müəllifi olduğu Ü.Hacıbəyovun abidəsinin ümumi hündürlüyü 12 metr, postamentin oturacaq ölçüsü 7,5x7,5 m-dir. Postament royal formasında olub, qara qranitlə üzlənib, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi verilib, üzərində 5 metr yüksəklikdə yerləşən bürüncdən hazırlanan barelyefin fonu ağ mərmərdən üzük qaşı formasında işlənilib. Əks tərəfdən isə eyni fon üzərində milli musiqi alətlərimizin, tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR