Bank Of Baku

Gənc Tamaşaçılar Teatrında “Yatmış gözəl” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək

Gənc Tamaşaçılar Teatrında “Yatmış gözəl” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək
# 11 iyun 2010 10:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında B.Marvinin məşhur “Yatmış gözəl” əsəri əsasında hazırlanan eyniadlı tamaşasının premyerası keçiriləcək. Teatrdan APA-ya verilən məlumata görə, əsəri Azərbaycan dilinə tamaşanın quruluşçu rejissoru Nicat Kazımov tərcümə edib. Tamaşanın quruluşçu rəssamı Sevinc Həsənovadır. İki hissəli nağıl-tamaşada əməkdar artist Naibə Allahverdiyeva, Gülər Nəbiyeva, aktyorlardan Elşən Şirəliyev, Asya Atakişiyeva, Eşqin Quliyev, Almaz Mustafayeva, Güşvər Şərifova və başqaları iştirak edirlər.

Hazırda teatrda Moskvada yaşayan azərbaycanlı Alla Axundovanın “Sirr” əsəri üzərində məşqlərə start verilib. Bu tamaşanın quruluşçu rejissoru, xalq artisti Rafiq Əliyev, rəssam Ülviyyə Zərbəliyeva, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rəqslərinin quruluşçu Fuad Osmanovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR