Bank Of Baku

Eldar Quliyev: “Güclü rejissor olmaq üçün gərək bu sənətə ürəyini verəsən”

Eldar Quliyev: “Güclü rejissor olmaq üçün gərək bu sənətə ürəyini verəsən”
# 11 iyun 2010 10:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Güclü rejissor olmaq üçün gərək bu sənətə ürəyini verəsən. Başqa cür bu sənətdə yüksəlmək, tamaşaçıları ekran qarşısına yığmaq mümkün deyil”. Bu sözləri APA-ya açıqlamasında xalq artisti, kinorejissor Eldar Quliyev deyib. Rejissor uzun illərdir çəkdiyi filmlərin hər birinə ürəyini qoyduğunu vurğulayıb: “Gənc rejissorlara məsləhət kimi onu deyə bilərəm ki, işə dırnaqarası baxmasınlar. Filmə ürək qoysunlar. Bu iş başqa cür ola bilməz. Mən hər filmimin təqdimatı zamanı imtahan verdiyimi hesab edirəm. Bu da məsuliyyətdən və işə sevgidən irəli gəlir. Çox sevinirəm ki, bu zamana kimi bütün imtahanlardan üzüağ çıxmışam. Tamaşaçılar imzamın olduğu filmləri sevir. Rejissora bundan artıq nə lazımdır?”

E. Quliyev gənc aktyorlar arasında istedadlıların olduğunu da söyləyib və filmlərində həmin istedadlardan istifadə etdiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR