Bank Of Baku

Naxçıvan Dövlət Musiqili Komediya və Kukla teatrları Bakıda tamaşalar nümayiş etdirəcək

Naxçıvan Dövlət Musiqili Komediya və Kukla teatrları Bakıda tamaşalar nümayiş etdirəcək
# 14 iyun 2010 09:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda keçirilən Milli Teatr Festivalı çərçivəsində Naxçıvan Dövlət Musiqili Komediya Teatrının kollektivi Bakıya səfər edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın kollektivi Gənc Tamaşaçılar Teatrının səhnəsində C.Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşası ilə çıxış edəcək. Naxçıvan Dövlət Kukla Teatrının yaradıcı heyəti isə C.Məmmədquluzadənin “Çay dəsgahı” tamaşasını iyunun 15-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında nümayiş etdirəcək.
Bu ilin fevralın 22-dən start götürən Milli Teatr Festivalının birinci mərhələsi artıq başa çatıb. Festivalın birinci mərhələsində 6 teatr iştirak edib. Tamaşalar Azərbaycan Teatr Xadimləri İttifaqının və Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnələrində oynanılıb. Dövlət Gənc Tamaşaçılar Teatrının foyesində Azərbaycan teatrının 137 illik tarixini əks etdirən səyyar sərgi nümayiş etdirilib. Növbəti mərhələ iyunun 15-dək davam edəcək. Ümumilikdə, Bakı və Sumqayıt şəhərlərində 192 nəfərdən ibarət yaradıcı kollektivlərin iştirakı nəzərdə tutulub. Bu müddətdə Bakı və Sumqayıt şəhərlərində Ağdam, Füzuli, Şəki, Qusar, Mingəçevir və Naxçıvan dram teatrları, Salyan və Naxçıvan kukla teatrlarının çıxışları planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR