Bank Of Baku

Astarada xalq artisti Canəli Əkbərovun 70 illik yubileyi qeyd olunub - FOTO

Astarada xalq artisti Canəli Əkbərovun 70 illik yubileyi qeyd olunub - <font color=red>FOTO</font>
# 15 iyun 2010 14:02 (UTC +04:00)
Astara. Ağəddin Babayev - APA. Azərbaycanın Astara şəhərində görkəmli muğam ustası, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, xalq artisti Canəli Əkbərovun 70 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, tədbir iştirakçıları öncə C.Əkbərovun həyat və fəaliyyətini əks etdirən fotosərgiyə və onun barəsində çəkilmiş sənədli filmə tamaşa ediblər.

Daha sonra mərasimi giriş sözü ilə açan Astara rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mahir Quliyev yubilyarı rayon ictimaiyyəti adından təbrik edib. Tədbirdə respublikanın xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Aygün Bayramova, əməkdar artistlər Gülyaz Məmmədova, Gülüstan Əliyeva və digərləri görkəmli xanəndə Canəli Əkbərov haqqında ürək sözlərini dilə gətirərək, onun muğam sənətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışıblar.

Çıxışlardan sonra söz alan yubilyar onun sənətinə verilən yüksək qiymətə görə dövlət başçısına, Astara RİH rəhbərliyinə, respublikanın bütün muğamsevərlərinə minnətdarlığını çatdırıb.

Yubiley tədbiri böyük konsert proqramı ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR