Bank Of Baku

Qaxda II Kukla Teatrları Həftəsi keçiriləcək

Qaxda II Kukla Teatrları Həftəsi keçiriləcək
# 16 iyun 2010 11:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İyunun 17-dən 23-dək Qax şəhərində II Kukla Teatrları Həftəsinin keçirilməsini planlaşdırılır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, bu tədbirdə ölkədə fəaliyyət göstərən 5 kukla teatrı - Azərbaycan Dövlət Kukla Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Salyan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Kukla Teatrı iştirak edəcək, 10 tamaşa təqdim olunacaq.
Tanınmış teatr tənqidçilərinin, aktyor və rejissorların iştirakı ilə kukla teatrının bu gününə, inkişaf problemlərinə həsr olunmuş dəyirmi masanın keçirilməsi də nəzərdə tutulub. II Kukla Teatrları Festivalının keçirilməsinin məqsədi eyni zamanda həmin beynəlxalq tədbir ərəfəsində respublika kukla teatrlarında hazırlanmış tamaşalara ölkədaxili baxış mahiyyətini daşıyır.
Z. Əliyeva bildirib ki, bununla yanaşı, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən, 2011-ci ildə Bakıda Beynəlxalq Kukla Teatrları Assosiasiyası - UNİMA-nın iştirakı ilə kukla teatrları həftəsinin keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR