Bank Of Baku

Bəstəkar Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçısı üzrə müsabiqənin qalibləri məlum olub

Bəstəkar Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçısı üzrə müsabiqənin qalibləri məlum olub
# 16 iyun 2010 14:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyi ilə əlaqədar olaraq, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçısı üzrə müsabiqənin qalibləri məlum olub. Bu barədə APA-ya Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib. Müsabiqədə Bakı və Sumqayıt şəhərinin uşaq və orta ixtisas musiqi məktəblərinin, musiqi kolleclərinin 8-17 yaş arası 42 yetirməsi iştirak edib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri xalq artisti Firəngiz Əlizadənin rəhbərlik etdiyi münsiflər heyətində tanınmış musiqiçilər təmsil olunublar. Münsiflər heyətinin yekun qərarı ilə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Züleyxa Usubova I, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Aynur Abdullayeva və Sumqayıt Musiqi Kollecinin tələbəsi Fuad Əlizadə II, 21 və 16 saylı musiqi məktəblərinin şagirdləri Tural Xankişiyevlə Lamiyə Mustafazadə, o cümlədən məktəb-studiyanın tələbəsi Firuzə Bəylərova isə III yerə layiq görülüblər. Qalibləri təbrik edən F. Əlizadə bildirib ki, 22 saylı musiqi məktəbinin şagirdi Nuray Rzayeva münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin Fəxri diplomuna layiq görülüb. İştirakçılardan Fərəh Əliyeva ən gənc iştirakçı kimi, Aylin Verdiyeva isə Azər Dadaşovun əsərinin ən yaxşı solo ifasına görə diplomlarla təltif ediliblər.

Məlumatda bildirilib ki, iyunun 18-də Azərbaycan Dövlət Filarmoniyasında keçirilməsi nəzərdə tutulan konsertdə müsabiqənin qalibləri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR