Bank Of Baku

Gəncədə Cavanşir Əliyevin əsərlərindən ibarət sərgi açılıb

Gəncədə Cavanşir Əliyevin əsərlərindən ibarət sərgi açılıb
# 16 iyun 2010 15:19 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Azərbaycan Memarlar İttifaqının və Azərbaycan Rəssamlar İttifaqının üzvü, Bakı şəhərinin baş rəssamı Cavanşir Əliyevin Gəncə şəhərində ilk fərdi sərgisi açılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, sərgidə 25 əsər nümayiş olunub. Sərgiyə çıxarılan 25 əsər içərisində müxtəlif ölkələrin dövlət və hökumət başçılarının xalça üzərində portretləri, rəssamın eskizləri əsasında toxunan tirməli və müasir xalçalar yer alıb. Sərgidə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, şəhər ziyalıları, rəssamlar və mədəniyyət işçiləri iştirak edib. Sərgi üç gün davam edəcək. Cavanşır Əliyev Gəncədən sonra əsərlərini Bakıda sərgiləməyi düşündüyünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR