Bank Of Baku

Azərbaycanlı dirijor ilk dəfə olaraq Qafqaz Mineral Suları Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçirilən “Parlaq ulduzlar” layihəsində iştirak edib - FOTO

Azərbaycanlı dirijor ilk dəfə olaraq Qafqaz Mineral Suları Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçirilən “Parlaq ulduzlar” layihəsində iştirak edib - <font color=red>FOTO</font>
# 16 iyun 2010 15:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Qafqaz Mineral Suları Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçirilən “Parlaq ulduzlar” layihəsində ilk dəfə olaraq azərbaycanlı dirijor Əyyub Quliyev iştirak edib. APA-nın məlumatına görə, Kislovodsk və Yessentuki şəhərlərinin ən məşhur konsert salonları olan – Şalyapin və Skryabin adına Dövlət Filarmoniyalarında dünya klassik musiqisinin ən parlaq nümunələri musiqisevərləri təqdim edilib. Bu salonlarda Rusiya Akademik Dövlət Simfonik orkestri Əyyub Quliyevin dirijorluğu ilə Vyana klassikləri Motsart və Bethovenin simfonik əsərlərini ifa edib. Bununla bərabər, Moskvanın Çaykovski adına Böyük Simfonik orkestrinin solistləri, məşhur ifaçılar - Polina Lapteva (skripka) və Dmitriy Usovun (alt) Əyyub Quliyevlə bərabər ifa etdikləri K.Sen-Sans və M.Bruxun instrumental konsertləri musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb. Bu il 115 illiyini qeyd edən Qafqaz Mineral Suları Dövlət Filarmoniyası ilə dirijor Əyyub Quliyev arasında əldə olunan razılıq əsasında növbəti yubiley konsertində Qara Qarayevin “Don Kixot” simfonik əsəri ifası proqrama daxil edilib. Həmin konsertlərdən dərhal sonra Əyyub Quliyev Polşaya yola düşüb və azərbaycanlı dirijor Polşanın Lodz şəhərinin Artur Rubinşteyn adına Dövlət Filarmoniyasında dahi alman bəstəkarı Robert Şumanını 200 illik yubileyində iştirak edib. Həmin konsertdə Ə.Quliyev Lodz Filarmonik orkestri ilə Şumanın simfonik əsərlərini ifa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR