Bank Of Baku

Azərbaycanda yeni filmin çəkilişlərinə başlanıb - FOTOSESSİYA

Azərbaycanda yeni filmin çəkilişlərinə başlanıb - <font color=red>FOTOSESSİYA</font>
# 17 iyun 2010 08:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanda “Onun ürəyi” adlı yeni filmin çəkilişlərinə start verilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” studiyası və “AGP production”-un birgə istehsalı olacaq film nağıl-müzikl janrındadır. “AGP production”-un mətbuat xidmətindən APA-ya verilən məlumata görə, filmin ssenari müəllifi və rejissoru Samir Kərimoğlu, bəstəkarı Vüqar Camalzadə, operatoru Nadir Mehdiyev, qrafikaçısı Tural Səfərovdur. Filmdə baş rolları Murad Abdullayev və Aysel İbrahimova ifa edirlər.
25 dəqiqəlik film xeyirlə şərin mübarizəsindən bəhs edir. Filmin çəkilişləri Bakı və İsmayıllıda gerçəkləşəcək. Çəkiliş müddətinin iyulun sonuna kimi davam edəcəyi gözlənilir. Filmin premyerası dekabr ayına nəzərdə tutulur.

Qeyd edək ki, rejissor Samir Kərimoğlu bu vaxta qədər “Sirat körpüsü”, “Qanadlarıma sığal çək” və “Niyyət” filmlərini ekranlaşdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR