Bank Of Baku

Teymur Əmrah Bakıda konsert verib – FOTOSESSIYA

Teymur Əmrah Bakıda konsert verib – <font color=red>FOTOSESSIYA </font>
# 17 iyun 2010 08:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İyunun 16-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında müğənni Teymur Əmrah “Ürəyimdə xatirələr oyandı” adlı solo-konsertlə çıxış edib. APA-nın məlumatına görə, Teymur Əmrah konsertinə gələn tamaşaçılar üçün xüsusi repertuar hazırlayıb. Teymur Əmrah fasiləsiz iki saata yaxın retro və klassik mahnılar ifa edib. O, konsertdə ustadı Flora Kərimovanı, repertuarına müraciət etdiyi İlhamə Quliyevanı unutmayıb, hər iki sənətkarı salamlayıb və onlara can sağlığı arzulayıb: “Ola bilər hansısa insanların sözünə uyub səhv addımlar atmışam, yanlış fikirlər söyləmişəm. Ancaq sonradan bunu anlamaq da az şey deyil. Mən buradan İlhamə xanımı salamlayır və onun üçün darıxdığımı bildirirəm”.
Flora Kərimovanı ustadı adlandıran Teymur Əmrah ondan çox şey öyrəndiyini bəyan edib. Müğənni “Ay qız”, “Liman”, “Bağışla”, “Gəl barışaq”, “Darıxmışam”, “Nə bəxtiyardır”, “Gözüm yoldadır”, “Sevgimiz elə bu qədərmiş”, “Eşqimə şahid zaman”, “Əlvida”, “Uzaq Yaşıl ada”, “Gecələr bulaq başı” və digər retro mahnıları ifa edib. O, konsertini Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başa vurub. Bu mahnını isə Amil Həsənoğlu ilə birgə duet şəklində təqdim edib.

Tamaşaçılar sonda Teymur Əmrahı ayaqüstü alqışlarla yola salıblar.
Qeyd edək ki, Teymur Əmrahın konserti əvvəlcə iki gün nəzərdə tutulsa da, tamaşaçıların istəyi ilə daha iki gün uzadılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR