Bank Of Baku

Opera və Balet Teatrinin solisti Türkiyədə keçirilən beynəlxalq opera festivalında çıxış edib – FOTO

Opera və Balet Teatrinin solisti Türkiyədə keçirilən beynəlxalq opera festivalında çıxış edib – <font color=red>FOTO </font>
# 17 iyun 2010 09:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “TÜRKSOY”un xətti ilə Türkiyənin Mersin və Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərlərində Beynəlxalq opera sənəti festivalı keçirilib. Festivalda Azərbaycan opera sənətini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc solisti Çinarə Şirinova təmsil edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan təmsilçisi ilə yanaşı, bu festivalda Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, Xakasiya, Qaqauz Yeri və Şimali Kiprin opera teatrlarının aparıcı solistləri də iştirak ediblər. Festivalın açılışı günü Çinarə Şirinova Mersin Simfonik orkestrinin rəhbərliyi altında P. Maskaninin “Kənd namusu” operasından Santutsanın ariyasını ifa edib. Onun çıxışı tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunub.
Girnə şəhərində keçirilən konsertdə isə Ç. Şirinova klassik operalardan parçalarla yanaşı, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını səsləndirib. Konsertdə iştirak edən İstanbul, Mersin, İzmir və Ankaranın opera teatrlarının nümayəndələri Çinarəni öz teatrlarına qastrola dəvət ediblər. Çinarə Şirinovanın çıxışı “TÜRKSOY”un baş katibi Düsen Kaseyinov tərəfindən də yüksək qiymətləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR