Bank Of Baku

Teymur Əmrah: “Mən digərləri kimi konsertimin biletini 100 manata məcburən satdırmamışam”

Teymur Əmrah: “Mən digərləri kimi konsertimin biletini 100 manata məcburən satdırmamışam”
# 17 iyun 2010 13:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Mən başqaları kimi konsertimin biletlərini məcburən satdırmamışam. Əskinə, konsertimə gəlmək istəyən çoxsaylı tamaşaçılar bilet tapa bilməyib geri qayıdıblar. Mən yalançı yox, əsil konsert verirəm və tamaşaçını aldatmıram”. Bu sözləri APA-ya açıqlamasında müğənni Teymur Əmrah deyib. Müğənni bildirib ki, 100 manata bilet satışa çıxaran həmkarlarının biletləri satılmır: “Onlar bu biletləri sonradan məcburən satdırır, ya da dəvətnamə şəklində paylayırlar. Ancaq mənim iki günlük konsertim tamaşaçı istəyi nəticəsində iki gün daha artırıldı. Artıq bir neçə gündür ki, sonuncu iki günlük konsertimə də bilet qalmayıb. Konsertin biletlərini 20 manata satışa qoyduq, çünki istədim ki, konsertimdə bütün ziyalılar iştirak edə bilsin. Axı ziyalının konsertə 100, 200 manat verib gəlmək imkanı yoxdur. Mənə isə ziyalı, bu musiqini anlayan tamaşaçı lazımdır”.

Teymur Əmrah bildirib ki, konsertinin keçirildiyi Mahnı Teatrı onun üçün ən böyük və ən əziz səhnədir: “Nə olsun ki, az tamaşaçı tutumu var, əsas odur bura gələn tamaşaçılar fərqlənir”. Müğənni bildirib ki, gələn il 40 illik yubileyi münasibəti ilə Heydər Əliyev Sarayında konsert vermək arzusundadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR