Bank Of Baku

Gənc Tamaşaçılar Teatrı Krımda keçirilən Beynəlxalq Antik İncəsənət Festivalında xüsusi diploma layiq görülüb

Gənc Tamaşaçılar Teatrı Krımda keçirilən Beynəlxalq Antik İncəsənət Festivalında xüsusi diploma layiq görülüb
# 17 iyun 2010 13:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Krımın Simferopol şəhərində keçirilən “Bosporskie aqonı” XII Beynəlxalq Antik İncəsənət Festivalında ən yaxşı antik tamaşaya görə xüsusi diploma layiq görülüb. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, diplom teatra Qilyermo Fiqeyredonun “Ezop” tamaşasına görə verilib.

Festival çərçivəsində Krım Tatar Akademik Musiqili Dram Teatrının binasında keçirilən görüşdə “Bosporskie aqonı” XII Beynəlxalq Antik İncəsənət Festivalı Teatrı müsabiqəsi münsiflər heyətinin sədri, Ukraynanın xalq artisti Kadırova Larisa Nokolayevna, Krım Tatar Akademik Musiqili Dram Teatrının direktoru, Ukraynanın əməkdar incəsənət xadimi Bilal Bilalov, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktor müavini Fəxrəddin Dünyamalıyev, Krımdakı Azərbaycan icmasının sədri Rəhim Hümbətov belə festivalların qarşılıqlı yaradıcılıq əlaqələrinin daha da genişləndirilməsi sahəsindəki əhəmiyyətini qeyd ediblər. Daha sonra L.N.Kadırova Ukrayna Mədəniyyət və Turizm Nazirliyi, Krım Muxtar Respublikası Mədəniyyət və Turizm nazirliyi, “Bosporskie aqonı” XII Beynəlxalq Antik İncəsənət Festivalı təşkilat komitəsinin diplomunu, Krımdakı Azərbaycan İcmasının sədri R. Hümbətov həmin təşkilatın təşəkkürnaməsini kollektivə təqdim ediblər.

Sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının tamaşalarından biri, görkəmli Braziliya dramaturqu Qilyermo Fiqeyredonun “Ezop” tamaşası (rejissor - xalq artisti, professor C. Səlimova) göstərilib və müvəffəqiyyət qazanıb. Tamaşanın iştirakçıları Ezop - əməkdar artist İlqar Cahangirov, Ksanf - əməkdar artist Nofəl Vəliyev, Kleya – əməkdar artist Gülər Nəbiyeva, Melita – İradə Rəşidova, Vüsal Mehrəliyev, kapitan – Rövşən Abbasov çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR