Bank Of Baku

Dövlət Film Fondunda “Əsgər” filminin təqdimatı keçirilib

Dövlət Film Fondunda “Əsgər” filminin təqdimatı keçirilib
# 17 iyun 2010 14:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Dövlət Film Fondunda “Əsgər” filminin təqdimatı keçirilib. APA-nın məlumatına görə, “Büllur” studiyasının istehsal etdiyi filmin ssenari müəllifi Billurə Cavadqızı, quruluşçu rejissoru Etibar Məmmədov olan film “Azərbaycan bayraq ordeni” ilə təltif olunan, Qarabağda döyüşən İbad Hüseynovun həyat və döyüş yoluna həsr olunub. 45 dəqiqəlik sənədli filmin təqdimatında “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov, Milli Məclisin deputatları Qənirə Paşayeva, Aydın Mirzəzadə və başqaları çıxış ediblər. Çıxışçılar İbad Hüseynovun döyüşlərdə göstərdiyi şücaətlərdən, qəhrəmanlığından söz açıblar. Qənirə Paşayeva bildirib ki, filmin televiziya ekranlarında nümayişi üçün lazımi tədbirlər görüləcək və filmin nümayişi təşkil olunacaq. Çıxışlardan sonra “Əsgər” filmi nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR