Bank Of Baku

Qax rayonunda kukla teatrları festivalı başlayıb

Qax rayonunda kukla teatrları festivalı başlayıb
# 18 iyun 2010 02:20 (UTC +04:00)
Qax. Vüqar Heydərov. APA. Azərbaycanın Qax rayonunda respublika kukla teatrları festivalı başlayıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumata görə, bir həftə davam edəcək festifal Mədəniyyət və Turuzim Nazirliyi və Qax rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Festivalda Abdulla Şaiq adına Bakı Dövlət Kukla Teatrı, Qax, Naxçıvan, Gəncə və Salyan dövlət kukla teatrları iştirak edir. Festifal boyu hər teatr tamaşaçılar qarşısına iki tamaşa ilə səhnəyə çıxacaq. Bir həftə davam edəcək festifalın açılış mərasimi keçirilib. Mərasimdə Qax rayon icra hakimiyyəti başçısı Musa Şəkiliyi, Mədəniiət və Turuzim Nazirliyinin əməkdaşları, festifalda iştirak edən teatr kollektivləri və rayon ziyalıları iştirak edib.
Festifal çərçivəsində teatr kollektivləri üçün yaradıcılıq görüşlərinin, müxtəlif əyləncəli proqramların, intellektual yarışların, ədəbi-bədii axşamların, kütləvi gəzintilərin təşkili də nəzərdə tutulub.

Festifalın sonunda qalib teatr kollektivlərinin adı açıqlanacaq, həvəsləndirici mükafatlar təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR