Bank Of Baku

Parisdə Azərbaycan və Fransanın ilk birgə layihəsi olan “Kabusun gözüylə” filminin təqdimatı keçirilib

Parisdə Azərbaycan və Fransanın ilk birgə layihəsi olan “Kabusun gözüylə” filminin təqdimatı keçirilib
# 18 iyun 2010 07:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu günlərdə Fransa paytaxtının mərkəzi XII rayonunun baş idarəsinin təntənəli mərasim salonunda Azərbaycan və Fransanın ilk birgə layihəsi olan “Kabusun gözüylə” filminin təqdimatı keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, böyük maraqla qarşılanan film Bakıdan gələn bir qrup yaradıcı heyət üzvləri tərəfindən təqdim edilib. Filmin ssenari müəllifi və rejissoru Azərbaycanın xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovdur. Görüş zamanı R. İbrahimbəyov filmin yaradılması haqqında məlumat verib. Filmdə iştirak edən Mələk Abbaszadə, Şükufə Yusupova, Fatimə İbrahimbəyova, Tofiq Mirzəyev, eləcə də baş rolun ifaçısı, Marsel şəhərinin “Turski” teatrının bədii rəhbəri Rişar Marten film üzərində görülən işlər barədə danışıblar. Meriyada iştirakçılar üçün qəbul təşkil olunub. Paris ictimaiyyətinin yaradıcı ziyalılarının diaspora nümayəndələrinin qatıldığı ziyafətdə film və mədəni əlaqələrin əhəmiyyəti haqqında çıxışlar edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR