Bank Of Baku

Niyazinin 27-yə qədər fotosu Dövlət Film Fonduna təqdim olunub

Niyazinin 27-yə qədər fotosu Dövlət Film Fonduna təqdim olunub
# 18 iyun 2010 09:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın görkəmli bəstəkar və dirijoru Niyazinin çoxsaylı fotoları Dövlət Film Fonduna təqdim olunub. Bu arxiv materialları fond rəhbərliyinin uzun müddət kolleksioner Georgi Miçiaşvilinin ailəsi ilə apardığı danışıqlar nəticəsində gətirilib. Fond rəhbəri Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, görkəmli bəstəkar və dirijor Niyazinin 27-yə qədər fotosunun neqativi bu günlərdə fonda hədiyyə edilib: “Planlaşdırmışıq ki, həmin fotolardan ibarət sərgi keçirək. Bundan başqa bir neçə görkəmli mədəniyyət və incəsənət xadiminin də fotoları bizə verilib. Rəssamlardan Fərhad Xəlilov, Elbəy Rzaquliyev, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Soltan Hacıbəyov, Cövdət Hacıyevin şəkillərinin də neqativləri bizə təqdim olunub. Bütün bu materiallar tezliklə bərpa ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR