Bank Of Baku

Sərxan Sərxan: “Gənclər arasında məni əvəz edənləri görmürəm” – FOTO

Sərxan Sərxan: “Gənclər arasında məni əvəz edənləri görmürəm” – <font color=red>FOTO </font>
# 19 iyun 2010 10:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Gənclər arasında məni əvəz edənləri görmürəm. Düzdür, bu gün gitara ilə səhnəyə çıxanların sayı çoxdur, ancaq onlar gitaranı əllərində kukla kimi saxlayırlar və özlərinə yalançı imic yaradırlar. Mən isə peşəkar gitara ifaçısıyam və gitaradan sui-istifadə etmirəm. Sadəcə, onlar məni gitara ilə görüblər və düşünürlər ki, qızların xoşuna gəlməyin ən asan variantı budur”. Bu sözləri APA-ya açıqlamasında Moskvada yaşayan azərbaycanlı müğənni Sərxan Sərxan deyib. Müğənni bildirib ki, onun müəllifi olduğu mahnılar, əsasən də “Ay gecikən məhəbbətim” uzun illər keçsə belə unudulmayıb: “Mən bu mahnının gündəmdə olması üçün heç nə etmirəm, sadəcə, mahnı özü yaşayır. Bu da müəllif üçün çox qürurvericidir. Bəzən məni bəstəkar kimi təqdim edirlər, bundan heç xoşlanmıram. Bəstəkarlıq ayrı bir sənətdir. Mən mahnı müəllifiyəm”.
Sərxan Sərxan bildirib ki, Azərbaycanda istedadlı gənc bəstəkarlar var və o həmin bəstəkarlara müraciət etmək fikrindədir: “Yeni mahnılar üçün gənc bəstəkarlarımıza müraciət edəcəyəm. İstəyirəm onların mahnılarına baxım və özümü üçün seçim. İfaçı kimi məni maraqlandırır bu mahnılar və ifa etmək istəyirəm”.
O, müəllifi olduğu “Ay gecikən məhəbbətim” mahnısının hazırda bir çoxları tərəfindən ifasından razı olmadığını deyib: “Bu mahnını çox oxuyurlar, ancaq heç birisinin ifası məni qane etmir. Bütün tamaşaçılar deyirlər ki, Sərxan səndən yaxşı oxuyan yoxdur”.
Sərxan Sərxan onun üçün tamaşaçının çoxluğunun önəmli olmadığını deyib. Müğənni özünə hər zaman ziyalı tamaşaçı arzuladığını və bu arzulara da çatdığını vurğulayıb: “Tamaşaçı az olsun, ancaq ziyalı olsun. Ziyalı tamaşaçının sevimlisi olmaq daha yaxşıdır. Mənim auditoriyam ancaq ziyalılardan ibarətdir və bu məni çox sevindirir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR