Bank Of Baku

Adil İsgəndərova məxsus fotolar ailəsi tərəfindən Dövlət Film Fonduna təqdim olunub

Adil İsgəndərova məxsus fotolar ailəsi tərəfindən Dövlət Film Fonduna təqdim olunub
# 21 iyun 2010 07:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın tanınmış rejissoru və aktyoru Adil İsgəndərovun sənədləri Dövlət Film Fonduna təqdim olunub. Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, bununla əlaqədar olaraq sənətkarın qızı Dilarə İsgəndərova ilə danışıqlar aparılıb və bu danışıqlar müsbət nəticələnib. Danışıqların nəticəsinə əsasən, Adil İsgəndərovun 70-ə qədər fotosu ötən həftə fonda daxil edilib.

C. Quliyev onu da bildirib ki, görkəmli kino operator, SSRİ dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi Rafiq Qəmbərovun da şəxsi kitabxanası bir neçə gün ərzində Dövlət Film Fonduna hədiyyə olunacaq. Kitablarının fondun kitabxanasına verilməsi Rafiq Qəmbərovun öz şəxsi istəyi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR