Bank Of Baku

Tanınmış aktyor və rejissor İsmayıl Əfəndiyevin 100 illik yubileyi qeyd olunacaq

Tanınmış aktyor və rejissor İsmayıl Əfəndiyevin 100 illik yubileyi qeyd olunacaq
# 21 iyun 2010 08:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bir müddət Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru olmuş, aktyor və rejissor İsmayıl Əfəndiyevin 100 illik yubileyi münasibəti ilə anım tədbiri keçiriləcək. APA-nın məlumatına görə, yubiley münasibətilə Dövlət Film Fondu tərəfindən iyunun 25-də yubiley tədbirinin keçirilməsi planlaşdırılır. İsmayıl Əfəndiyev Azərbaycan kinosunda “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Fətəli xan”, “Koroğlu”, “Qızmar günəş altında”, “Kölgələr sürünür”, “İnsan məskən salır” filmlərində yaddaqalan obrazlar yaradıb. Rejissor kimi “Kölgələr sürünür” bədii, bir neçə qısametrajlı və sənədli ekran əsərinə quruluş verib. Kino ilə yanaşı teatrda da fəaliyyət göstərib.

Film Fond 65 illik yubileyi münasibətilə tanınmış operator və kinorejissor, əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı Valeri Kərimovun da xatirə gecəsini təşkil edəcək. Valeri Kərimov “Ötən ilin son gecəsi”, “İmtahan”, “Alma almaya bənzər” və digər filmlərin quruluşçu operatoru olub. Rejissor kimi də bir neçə sənədli film çəkib və uzun illər Kinematoqrafçılar İttifaqının katibi kimi çalışıb. Tədbirdə Valeri Kərimova həsr olunan və oğlu tərəfindən çəkilən 30 dəqiqəlik sənədli filmin nümayişi də nəzərdə tutulur. Muzey Mərkəzində keçiriləcək hər iki tədbirdə yubilyarların həyat və yaradıcılığını əks etdirən foto sərginin də təşkili planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR