Bank Of Baku

“Azərbaycan kinematoqrafçıları” adlı yeni kitab nəşr olunub

“Azərbaycan kinematoqrafçıları” adlı yeni kitab nəşr olunub
# 21 iyun 2010 08:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Film Fondunun təşəbbüsü ilə kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadənin növbəti kitabı işıq üzü görüb. Kitabın müəllifi Aydın Kazımzadənin APA-ya verdiyi məlumata görə, “Azərbaycan kinematoqrafçıları” adı altında nəşr olunan kitab 15 kino xadiminin həyat və yaradıcılığına həsr olunub: “112 illik Azərbaycan kino tarixinə yüzlərlə milli kino sənətkarlarımızın adları həkk olunub. Ötən illər ərzində bir çox kinematoqrafçı dünyasını dəyişib, onların müxtəlif növdə və janrda çəkdikləri filmləri bugünkü nəslə yadigar qalıb. Bu kitabda verilmiş portret-oçerklərdə belə sənətkarlardan on beşinin həyat və yaradıcılığından söhbət açılıb”. Kitabda bəhs edilən kinematoqrafçılar sırasında Lütfəli Abdullayev, Emin Sabitoğlu, Həsənağa Turabov, Həsən Məmmədov, Şahmar Ələkbərov, Ceyhun Mirzəyev də var.

Aydın Kazımzadənin sözlərinə görə, Beynəlxalq Arxivlər Federasiyası tərəfindən səmərəli fəaliyyət göstərən arxivlərin hesabatı yer alan toplu işıq üzü görüb. Azərbaycan Dövlət Film Fondunun hesabatı da burada əksini tapıb. Toplu Norveçin paytaxtı Oslo şəhərində çapdan çıxıb və orda keçirilən toplantıda təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR