Bank Of Baku

Şəkidə baş tutacaq “İpək yolu” I Beynəlxalq Musiqi Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib - FOTO

Şəkidə baş tutacaq “İpək yolu” I Beynəlxalq Musiqi Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib - <font color=red>FOTO</font>
# 21 iyun 2010 13:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 27-dən iyulun 2-dək Şəki şəhərində “İpək yolu” I Beynəlxalq Musiqi Festivalı keçiriləcək. APA-nın məlumatına görə, bununla bağlı bu gün Azərbaycan Bəstəkarlar İttifaqında mətbuat konfransı keçirilib. Konfransda çıxış edən ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə bildirib ki, festivalın məhz Şəkidə baş tutması bir çox amillərlə bağlıdır: “Böyük tarixə, qədim dövlətçilik ənənələrinə malik olan, özünəməxsus ifaçılıq mədəniyyəti ilə həmişə seçilən Şəki şəhərində “İpək yolu” I Beynəlxalq Musiqi Festivalının keçirilməsi təsadüfi deyil. Böyük ipək yolunun qırılmaz halqası olmuş və zəngin ipəkçilik ənənələrini özündə yaşadan Şəki eyni zamanda Azərbaycanın qədim tarixə malik mədəniyyət mərkəzlərindən biridir”.
F. Əlizadə deyib ki, bu həftənin sonundan start götürəcək festivala sponsorluq edən şirkət yoxdur. Bu layihə Şəki şəhər İcra Hakimiyyəti, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib. İttifaq sədri bildirib ki, 5 gün davam edəcək festival öz işinə iyunun 27-də Şəki şəhərinin simvolu hesab edilən Xan Sarayında
Qara Qarayev adına Kamera Orkestrinin Konserti ilə başlayacaq.
Festival çərçivəsində Şəki rayonunun Kiş kəndindəki Alban məbədində Azərbaycan Bəstəkarlar İttifaqının “Oazis” Simli Kvartetinin təqdimatı və konserti, Yuxarı Karvansarayda Cənubi Koreyanın “Samulnori” folklor ansamblının çıxışı, Helsinki Musiqi Akademiyasının professoru N.Yujanin Şəki Musiqi Kollecinin tələbələri üçün ustad dərslərinin keçirilməsi nəzərdə tutulur.
“Sarı gəlin” Norvec-Azərbaycan ansamblı Şəkinin Kiş kəndindəki Alban məbədində çıxış edəcək. Festival çərçivəsində Azərbaycan Dövlət Opera və Balet Teatrının kollektivi ilk dəfə opera səhnəsindən kənarda Yuxarı Karvansarayda Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və eləcə də Müslüm Maqomayevin “Şah İsmayıl” operalarının konsert variantını nümayiş etdirəcək.

Konfransda çıxış edən Şəki şəhər icra başçısının müavini Zarina Cavadova, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin baş dirijoru, xalq artisti Teymur Göyçayev, Opera və balet Teatrının baş rejissoru Hafiz Quliyev, dirijor Azad Əliyev “İpək yolu” I Beynəlxalq Musiqi Festivalının keçirilməsini yüksək qiymətləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR