Bank Of Baku

“Azərbaycan xalçası” sənədli filmi İtaliyanın Sardiniya adasında keçirilən ənənəvi beynəlxalq film müsabiqəsində iştirak edəcək

“Azərbaycan xalçası” sənədli filmi İtaliyanın Sardiniya adasında keçirilən ənənəvi beynəlxalq film müsabiqəsində iştirak edəcək
# 22 iyun 2010 11:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İyunun 22-dən 26-dək İtaliyanın Sardiniya adasında keçiriləcək ənənəvi beynəlxalq film müsabiqəsində Azərbaycan da təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, beynəlxalq müsabiqədə Azərbaycanı “Azərbaycan xalçası” sənədli filmi təmsil edəcək. Rejissor Şamil Əliyevin 2009-cu ildə dövlət sifarişi ilə “Yaddaş” studiyasında çəkdiyi “Azərbaycan xalçası” sənədli filmi artıq bir çox ölkələrdə, o cümlədən Fransa, Ukrayna, Rusiya, Almaniyada keçirilmiş festivallarda iştirak edib və böyük maraqla qarşılanıb.
İtaliyanın Sardiniya adasında keçirilən ənənəvi beynəlxalq müsabiqədə film festival tamaşaçılarına təqdim olunacaq.
Filmin ssenari müəllifi Aydın Talıbzadə, operatoru Nizami Abbas və səs rejissoru Teymur Abdullayevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR