Bank Of Baku

Azərbaycanın “Kuklalar” filmi Çexiyanın Karlovı Varı şəhərində keçiriləcək beynəlxalq film festivalında nümayiş olunacaq

Azərbaycanın “Kuklalar” filmi Çexiyanın Karlovı Varı şəhərində keçiriləcək beynəlxalq film festivalında nümayiş olunacaq
# 23 iyun 2010 13:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Çexiyanın Karlovı Varı şəhərində keçiriləcək beynəlxalq film festivalında iştirak edəcək. Festivalda Çingiz Rəsulzadənin rejissoru olduğu “Kuklalar” filmi ölkəmizi təmsil edəcək. Ç. Rəsulzadənin sözlərinə görə, iyulun 2-dən 10-a kimi davam edəcək festivalda “Kuklalar” filmi iyulun 7-də nümayiş olunacaq: “Bu festival Kann, Venesiya və Berlin kino festivallarından sonra dördüncü ən yaxşı festivaldır. A kateqoriyalı festivalda filmimiz də iştirak edəcək. Ümidvarıq ki, festivalda uğurla qayıdacağıq”. Ç. Rəsulzadə bildirib ki, festivalda dünyanın bir çox ölkələrindən, o cümlədən Rusiya, Ermənistan, Estoniya istehsalı olan filmlər göstəriləcək və müsabiqədə iştirak edəcək. Festivalda “Kuklalar” filminin nümayişində iştirak etmək üçün Çingiz Rəsulzadə Çexiyaya səfər edəcək.

Qeyd edək ki, “Kuklalar” filmi nin ssenari müəllifləri Ramiz Fətəliyev, Çingiz Rəsulzadə, rejissoru Çingiz Rəsulzadə, operatoru Yuri Varnovski, rəssamı Rövşən Mehdiyevdir. Filmdə Mehriban Xanlarova, Abbas Qəhrəmanov, Nübar Novruzova, Xalidə Quliyeva, Cavid Quliyev və başqaları çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR