Bank Of Baku

Azərbaycanlı rəqqaslar “Colours of Ostrava” beynəlxalq festivalda iştirak edəcəklər

Azərbaycanlı rəqqaslar “Colours of Ostrava” beynəlxalq festivalda iştirak edəcəklər
# 23 iyun 2010 13:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İyulun 15-dən 18-dək Çexiyanın Ostrava şəhərində “Colours of Ostrava” festivalı reallaşacaq. APA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən yazdığı xəbərə görə, “Nyu-York səhnəsi” - Nyu-York klubu üslubunda təşkil edilmiş 2000-nə yaxın tamaşaçı tutan sərgi pavilyonu bu festivalda yenilik olacaq. Burada musiqi də festivala uyğun olacaq, caz, pank, ska və fanklar səsləndiriləcək. Nyu-Yorkdan Ostrava şəhərinə Blitzkrieg pank-qrupu, bas-gitara ifaçısı Lu Rida Fernado Sauenders və caz müğənnisi Xose Ceyms gələcəklər. "Nyu-York səhnəsi"ndə 4 gün müddətində 15-ə yaxın musiqi kollektivi çıxış edəcək. “Colours of Ostrava” festivalında Azərbaycan rəqqasları da iştirak edəcəklər. Azərbaycanı Çexiyada Azər Əşrəfov - Olqa Tovstaşeva və İlham Osmanov - Nərgiz Osmanova rəqs cütlükləri təmsil edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR