Bank Of Baku

Nyu-York Konservatoriyasının magistri olan azərbaycanlı bəstəkar Avstraliyada keçiriləcək beynəlxalq musiqi festivalının iştirakçısı olacaq

Nyu-York Konservatoriyasının magistri olan azərbaycanlı bəstəkar Avstraliyada keçiriləcək beynəlxalq musiqi festivalının iştirakçısı olacaq
# 23 iyun 2010 13:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın gənc bəstəkarı, Nyu-York Konservatoriyasının (Manhattan School of Music) magistri Türkər Qasımzadə Avstraliyada keçirilən beynəlxalq musiqi festivalının iştirakçısı olacaq. APA-nın məlumatına görə, sözügedən festival oktyabrın 11-dən 14-dək Melburn şəhərində reallaşacaq. Festivala gənc bəstəkarın əsərləri də daxil ediləcək.
Qeyd edək ki, T. Qasımzadənin əsərləri ABŞ, İsveçrə, Azərbaycanda, eləcə də digər ölkələrdə ifa olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR