Bank Of Baku

Dövlət Akademik Milli Dram Teatrının 137-ci teatr mövsümünü “Xurşidbanu Natəvan” tamaşası ilə yekunlaşdıracaq

Dövlət Akademik Milli Dram Teatrının 137-ci teatr mövsümünü “Xurşidbanu Natəvan”  tamaşası ilə yekunlaşdıracaq
# 24 iyun 2010 13:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
137-ci teatr mövsümünü İlyas Əfəndiyevin pyesi əsasında rejissor Bəhram Osmanovun hazırladığı “Xurşidbanu Natəvan” tamaşası ilə yekunlaşdıracaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın bağlanışı iyunun 28-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş tutacaq. Göstəriləcək tamaşada xalq artistləri Bəsti Cəfərova, Nurəddin Mehdixanlı, Rafiq Əzimov, əməkdar artistlər Sabir Məmmədov, Cəfər Namiq Kamal, Sadıq İbrahimov, Kazım Abdullayev, Mehriban Xanlarova, Əsgər Məmmədoğlu, Pərviz Bağırov, Firuz Xudaverdiyev, Kazım Həsənquliyev, Tofiq Hüseynov, artistlər Vəfa Rzayeva, Anar Heybətov, Rövşən Kərimduxt, Mətləb Abdullayev, Məzahir Cəlilov, Əlvida Cəfərov və Aslan Şirinov iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR