Bank Of Baku

Aktyor və rejissor İsmayıl Əfəndiyevin anadan olmasının 100 illik yubileyi keçirilib – FOTO

Aktyor və rejissor İsmayıl Əfəndiyevin anadan olmasının 100 illik yubileyi keçirilib – <font color=red>FOTO </font>
# 25 iyun 2010 15:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Muzey Mərkəzində əməkdar artist, teatr və kino xadimi, aktyor və rejissor İsmayıl Əfəndiyevin anadan olmasının 100 illik yubileyi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev İsmayıl Əfəndiyevin həyat və yaradıcılığına qısa nəzər salıb: “İsmayıl Əfəndiyev 1910-cu ildə dünyaya göz açıb. Bir müddət Gəncədə teatr sahəsində çalışdıqdan sonra, 1939-cu ildə İsmayıl Əfəndiyev kinostudiyada işə qəbul olunub. Burada ömrünün sonuna kimi müxtəlif vəzifələrdə çalışır”.
C. Quliyev deyib ki, İ. Əfəndiyev 1935-ci ildə rejissor Abbas Mirzə Şərifzadənin “Məhəbbət oyunu” kinokomediyasında çəkilib, aşiq Səttar surətini yaradıb. Bundan sonra o, aktyor kimi “Yeni horizont”, “Səbuhi”, “Vətən oğlu”, “Bəxtiyar”, “Qara Daşlar”, “Qızmar günəş altında”, “Əmək və qızılgül”, “İnsan məskən salır” və digər bədii filmlərdə müxtəlif obrazlar yaradıb. Kinoşünas Aydın Kazımzadə deyib ki, “Arşın mal alan”da Süleyman, “Fətəli xan”da Həmzə və “O olmasın, bu olsun”da Həsənqulu bəy filmləri aktyora şöhrət qazandırıb. Onun sözlərinə görə, bundan başqa İ. Əfəndiyev “Bəxtiyar” bədii filmində II rejissor işləyib, Ş. Şeyxovla birgə “Kölgələr sürünür” macəra filminə quruluş verib. O, eyni zamanda bir neçə sənədli film çəkib, 200-ə qədər xarici filmi Azərbaycan dilinə dublyaj edib.

Yubiley tədbirində İsmayıl Əfəndiyevin həyat və yaradıcılığını əks etdirən foto-sərgi də nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR