Bank Of Baku

Kino Günü münasibəti ilə Azərbaycan kino plakatlarının sərgisi keçiriləcək

Kino Günü münasibəti ilə Azərbaycan kino plakatlarının sərgisi keçiriləcək
# 25 iyun 2010 15:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Hər il olduğu kimi bu ildə avqustun 2-də Azərbaycanda Kino Günü qeyd olunacaq. Bu barədə APA-ya məlumat verən Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, bu münasibətlə Muzey Mərkəzində Azərbaycan kino plakatının sərgisi keçiriləcək: “Bu günə kimi Azərbaycanda istehsal olunmuş filmlərin vaxtilə çox maraqlı plakatları hazırlanmışdı. Biz də həmin plakatların sərgisini keçirmək qərarına gəldik”. Fond rəhbəri deyib ki, avqustun 2-də Kino Günü ilə bağlı əsas tədbir Heydər Əliyev Sarayında baş tutacaq. kino plakatların sərgisi isə iyulun 29-u üçün planlaşdırılır.

C. Quliyev əlavə edib ki, payız aylarında görkəmli kino xadimləri Lətif Səfərov, Həsən Seyidbəyli, Hüseyn Seyidzadə, Gündüz Abbasovun və başqa kino xadimlərimizin yubiley, eləcə də xatirə gecələrinin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR